AZAL-ın qəzaya uğrayan təyyarəsində oksigen balonunun partlaması ilə bağlı iddia təsdiqini tapmayıb
Apa xəbər verir ki, bu barədə AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatda məlumat verilir.
“Oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər hansı bir məlumat qeyd olunmamışdır”, - hesabatda deyilir.