AZ

"Avroviziya 2025" təmsilçilərimiz onlar oldu

Azərbaycanı “Avroviziya 2025" mahnı müsabiqəsində təmsil edəcək ifaçıların adı açıqlanıb.

Demokrat.az xəbər verir ki, yarışmaya bu il iştirakçı kimi “Mamagama” qrupu gedəcək. 

Qeyd edək ki, "Mamagama" qrupu 2021-ci ildə yaradılıb. Mamagama" 3 nəfərdən ibarətdir:

Asəf – Frontmen və əsas vokalçı,

Hass – Gitara ifaçısı,

Arif – Zərb alətləri.

Xatırladaq ki, İsveçrənin Bazel şəhərində keçiriləcək yarışmada Azərbaycan birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək. Birinci yarımfinal mayın 13-də keçiriləcək. 

Azərbaycanla birlikdə həmin gün səhnəyə Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç , Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Hollandiya, Norveç, San-Marino təmsilçiləri də çıxacaq.

Yarışmanın ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək.

Seçilən
4
1
demokrat.az

2Mənbələr