Türkiyə terrorla mübarizədə Suriyaya lazım olan dəstəyi verməyə hazırdır.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Ərdoğan Ankarada Suriya lideri Əhməd əl Şaraa ilə keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.
O, həmkarı ilə Suriyanın şimal-şərqində mövcud olan düşərgələr məsələsini də müzakirə etdiyini qeyd edib.