AZ

Qazaxıstan və Özbəkistan sərhədindəki keçid məntəqəsi 4 ay müddətinə bağlı olacaq » AzadMedia.az


Özbəkistan və Qazaxıstan sərhədində yerləşən "Jibek Jolı" keçid məntəqəsi 4 ay müddətinə bağlı olacaq. Sərhədi keçmək istəyənlərə alternativ yollar təklif olunur.
Qazaxıstan və Özbəkistan sərhədindəki "Jibek Jolı" keçid məntəqəsi fevralın 5-də 4 ay müddətinə bağlı olacaq, Qazaxıstanın Dövlət Gəlirləri Komitəsi qeyd edib.

Bildirilir ki, bu, fevralın 5-də fəaliyyətini dayandıracaq bitişik Qişt-Kuprik məntəqəsində tikintinin başa çatdırılması ilə bağlıdır.

Qeyd olunur ki, “Kaplanbek”, “B.Konısbayeva”, “Sırdərya” və “Tselinnı” məntəqələri vasitəsilə sərhədi piyada keçmək mümkündür.

Ağır yük maşınları iki ölkənin sərhədindən “B.Konısbayeva”, “Atameken”, “Kazıqurt” və “Tajen” keçid məntəqələrindən keçə biləcək.
Seçilən
5
1
azadmedia.az

2Mənbələr