AZ

“Əhmədli” m/st yaxınlığında şübhəli çanta aşkarlandı – Video


Bakı şəhəri, Xətai rayonu, “Əhmədli” metrostansiyasının yaxınlığında şübhəli əşya aşkar edilməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu xüsusi təlim görmüş itlə hadisə yerinə cəlb edilib:
“Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra avtobus dayanacağında aşkar edilmiş şübhə doğuran məktəbli çantasına xüsusi təlim görmüş itin tətbiqi ilə keçirilmiş baxış zamanı çantanın içərisində məktəb ləvazimatlarının olduğu müəyyən edilib”.
Seçilən
9
27
yeniavaz.com

10Mənbələr