AZ

Pulsuz VPN xidməti dayandırılır

Microsoft şirkəti pulsuz VPN xidmətini 28 fevral 2025-ci il tarixindən etibarən dayandıracaq.

Demokratikmusavat.comxəbər verir ki, bu barədə Windows Central nəşri məlumat yayıb.

Pulsuz VPN xidməti 2023-cü ildə Microsoft 365 tətbiqlərində istifadəyə verilmişdi. Şirkət bu funksiyanın qorunmasız vebsaytlara daxil olarkən avtomatik aktivləşdiyini və istifadəçilərə aylıq 50 GB pulsuz trafik təqdim etdiyini bildirmişdi.

Şirkətin dəstək bölməsində edilən yeniləməyə əsasən, Microsoft 365 Personal və Family versiyalarında VPN xidməti 28 fevral 2025-ci ildən etibarən əlçatan olmayacaq. Microsoft bu qərarın səbəbini açıqlamasa da, "müştərilərin ehtiyaclarına daha uyğun yeni alətlərə investisiya yatıracağını" bildirib.

Mütəxəssislər qeyd edirlər ki, Microsoft VPN xidmətini ləğv etmək qərarını Microsoft 365 abunəlik qiymətlərini artırdıqdan bir neçə həftə sonra elan edib. ABŞ-də Microsoft 365 Personal abunəliyinin qiyməti 9,99 dollara, Home versiyası isə 12,99 dollara yüksəlib. (baku.ws)

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
16
7
Demokratikmusavat.com

8Mənbələr