AZ

İt döyüşləri təşkil etdiyinə görə, 475 il həbs cəzasına məhkum edildi

Corciya sakini Vincent Burrell it döyüşlərinin təşkilinə və heyvanlara qarşı amansızlığa görə 475 il müddətinə azadlıqdan məhrum edilib.

Heyvan Cinayətləri üzrə Dövlət Prokuroru Jessica Rock dedi ki, bu, it döyüşü işi üçün ən uzun cəzadır.

Editor.az bildirir ki, bu barədə “NBC News” xəbər verir. İş 2022-ci ildə açılıb. Çatdırılma xidməti daha sonra polisə bildirib ki, paketi çatdırdığı Atlanta yaxınlığındakı bir evin mülkündə bir neçə it zəncirlənmiş vəziyyətdə saxlanılıb. Bundan sonra polis axtarış aparıb və 107 pitbul tapıb. Prokurorlar itlərin bəzilərinin arıq olduğunu bildiriblər.
Vincent Burrell axtarış günü həbs edilib.

Polis pitbulların it döyüşlərinə göndərildiyinə dair sübutlar tapıb. Bütün itlər heyvanların xilas edilməsi fonduna təhvil verilib. Baytarlar qeyd ediblər ki, itlərin bəzilərində döyüş izləri var, bəzilərində dişlər çıxarılıb. ABŞ Ali Məhkəməsi münsiflər heyətinin mühakiməsindən sonra Vincent Burrell-i 475 il həbs cəzasına məhkum edib. Müttəhim 93 it döyüşünün təşkilində və 10 heyvanla amansızlıqda təqsirli bilinib.

//Samir Qurbanov, Editor.az

Seçilən
4
editor.az

1Mənbələr