"Əhmədli" metrostansiyasının yaxınlığında şübhəli əşya aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupuaxüsusi təlim görmüş itlə hadisə dərhal yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görəndən sonra onlar avtobus dayanacağında şübhə doğuranəşyanı - məktəbli çantasını aşkarlayıblar. Çantanın içərisində məktəb ləvazimatlarının olduğu müəyyən edilib.
Müəllif: Teleqraf.com