AZ

Terrorla mübarizədə Suriyaya lazımi dəstəyi verməyə hazırıq - Ərdoğan

Bakı, TurkicWorld

Suriyada istər İŞİD, istərsə də PKK olsun, hər cür terrorla mübarizədə lazımi dəstəyi verməyə hazırıq.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya prezidenti Əhməd Şaraa ilə birgə keçirdiyi mətbuat konfransında çıxış edərkən deyib.

"Hamımızın bildiyi kimi, Suriya xalqı hər cür zülmə məruz qalıb. Qeyri-insani qırğınlara, o cümlədən kimyəvi silahdan istifadəyə məruz qalıb. Milyonlarla qardaşımız evlərini, torpaqlarını tərk etmək məcburiyyətində qaldı. Bütün bunlara baxmayaraq, Suriyanın igid oğulları mübarizədən əl çəkmədilər. Qələbə Suriya xalqının oldu.",- deyə o qeyd edib.

Ərdoğan, Suriya ilə bağlı siyasətlərinin əsasının həmişə suriyanın ərazi bütövlüyünü və birliyini qorumaq olduğunu vurğulayıb.

Ərdoğan, Suriyaya humanitar yardımdan əlavə, yenidənqurma işlərində lazımi dəstəyi göstərməyə hazır olduqlarını bildirib.

Qeyd edək ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın prezidenti Əhməd Şaraa ilə görüşüb.

Görüş zamanı Suriyanın şimal-şərqini işğal edən separatçı terror təşkilatı və onun havadarlarına qarşı atılacaq addımlar müzakirə edilib.

Bununla yanaşı görüş zamanı, Suriyanın iqtisadi inkişafı da müzakirə edilib.

"Suriyanın iqtisadi inkişafı sürətləndikcə könüllü geri dönüşlər də sürət qazanacaq. Suriyaya qarşı bir sıra sanksiyalar ölkənin bərpasına mane olur.",- deyə Ərdoğan qeyd edib.

Seçilən
9
turkic.world

1Mənbələr