AZ

Türkiyə Suriyanın bərpasına dəstək verməyə hazırdır

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriyanın müvəqqətiprezidenti Əhməd Əş-Şaara arasında Ankarada keçirilən görüş başaçatıb. Görüşdən sonra liderlər birgə mətbuat konfransıkeçiriblər.

Trend xəbər verirki, Prezident Ərdoğan bildirib ki, indiki məqamda ərəb və islamdünyası Suriyanın yeni iqtidarına və xalqına həm maddi, həm dəmənəvi dəstək göstərməlidir:
“Bu, çox vacibdir. Suriyalı qardaşlarımızın öz ölkələrini bərpa edəbiləcəklərinə heç bir şübhəm yoxdur.”

O əlavə edib ki, Türkiyə ilə Suriya arasında müxtəlif sahələrdəəməkdaşlıq inkişaf etdirilir:
“Suriyanın xarabaya çevrilmiş şəhərlərinin bərpasında dəstəkverməyə hazırıq. Suriya iqtisadi cəhətdən dirçəldikcə,suriyalıların könüllü şəkildə öz vətənlərinə qayıdışı dasürətlənəcək.”

Ərdoğan vurğulayıb ki, Türkiyə terror təşkilatları iləmübarizədə Suriyaya dəstək göstərməyə hazırdır.

Öz növbəsində, Əhməd Əş-Şaara 1967-ci il sərhədlərininbərpasının vacibliyini qeyd edərək bildirib ki, Suriya Türkiyə iləəlaqələri daha da inkişaf etdirmək niyyətindədir.

Seçilən
7
az.trend.az

1Mənbələr