AZ

Kadi Borges yenidən "Qarabağ"da - Rəsmi

"Qarabağ" klubu sabiq legioneri Kadi Borgesi geri qaytarıb.

Teleqraf.com xəbər verir ki, klub bununla bağlı video paylaşıb. Paylaşımda "Doğru zamanda doğru yerdə" şərhi əksini tapıb.

Qeyd edək ki, Kadi Borges "Qarabağ"da 2021-ci ilin yayından 2023-cü ilin yanvarınadək forma geyinib. Braziliyalı yarımmüdafiəçi daha sonra 2 milyon avro qarşılığında Rusiya "Krasnodar"ına keçib. 2024-cü ilin iyulunda isə o, Macarıstan "Ferentsvaroş"una transfer olunub.


Müəllif: Teleqraf.com
Seçilən
8
teleqraf.com

1Mənbələr