AZ

Kadi yenidən “Qarabağ”da!

"Qarabağ" klubu sabiq futbolçusu Kadi Borgesi geri qaytarıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 Macarıstanın "Ferensvaroş" klubundan transfer olunan 26 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi 2021-ci ilin yayından 2023-cü ilin yanvarınadək "Qarabağ"ın formasını geyinib. 2021-22-ci illərdə "köhlət atlar"da forma geyinən Kadi 75 oyunda 28 qol vurub. O, 2021/22 mövsümündə Azərbaycan çempionu və kubokunun qalibi olub.

Seçilən
9
8
90deqiqe.az

10Mənbələr