Akademik M.Topçubaşov Adına Elmi Cərrahiyə Mərkəzi ilə "NN-MED Təmir Tikinti" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə bağlanacaq.
Valyuta.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, müqavilə Tikili və avadanlıqların cari təmir xərclərinin satın alınması ilə bağlıdır.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 353 min 853 manatdır.
Qeyd edək ki, MMC- nin qanuni təmsilçisi Hacıyev Nazim Məhəmməd oğludur. Şirkət 2021- ci il 14 oktyabr tarixində dövlət qeydiyyatına alınıb.
Maya Hüseynova