AZ

Soğan beyin hüceyrələrini təmizləyir və cavanlaşdırır

Fransa və Yaponiyadan olan tədqiqatçılar bəyan ediblər ki, adi soğan orqanizmi təkcə yoluxucu xəstəliklərdən deyil, həm də qocalmaqdan qoruya bilir. Fakt budur ki, bu tərəvəz beyin hüceyrələrini təmizləyir və cavanlaşdırır, bütün bədənə faydalı təsir göstərir.

Qaziler.az-ın xarici mətbuata istinadən məlumatına görə, araşdırma zamanı məlum olub ki, soğanın tərkibində olan aktiv kükürd birləşmələri qanla beyin hüceyrələrinə daxil olur və onları təmizləmək qabiliyyətinə malikdir. Nəticədə insan beyni cavanlaşır və nəticədə insanın intellektual qabiliyyətləri yaxşılaşır. Xüsusilə yaddaş və emosional sahə əhəmiyyətli dərəcədə yaxşılaşır.

Xatırladaq ki, bundan əvvəl soğanın faydalı xüsusiyyətlərini tədqiq edən alimlər çoxsaylı təcrübələr aparıb və müəyyən ediblər ki, bu məhsulun istehlakı döş xərçənginin inkişafının qarşısını ala bilər.

QAZİLER.AZ

Seçilən
9
qaziler.az

1Mənbələr