AZ

Türkiyədə 750 özəl məktəbə qarşı tədbirgörüldü

Türkiyənin Milli Təhsil naziri Yusuf Tekin, bu il daxil olan şikayətlər əsasında 750 özəl məktəbə qarşı tədbir görüldüyünü açıqlayıb.

Redaktor.az xəbər verir ki, NTV kanalına müsahibəsində gündəmdəki təhsil məsələlərini dəyərləndirən Tekin, Milli Təhsil Akademiyası ilə bağlı sualları da cavablandırıb.

O, akademiyanın uzun illərdir müzakirə edilən bir qurum olduğunu vurğulayıb.

Nazir, Milli Təhsil Akademiyasının 2023-cü ilin oktyabrında qanuniləşdiyini və 1 yanvar etibarilə rəsmi olaraq fəaliyyətə başladığını bildirib. Hazırda təşkilatlanma işlərinin davam etdiyi qeyd olunub.

Kənan YUSİF 

Seçilən
6
redaktor.az

1Mənbələr