Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan, Suriyanın Keçid Dövrü Prezidenti Əhməd Şaraanın xanımı Latifə əl-Durubi ilə görüşüb.
Redaktor.az xəbər verir ki, Əminə Ərdoğan görüşlə bağlı sosial media hesabında paylaşım edərək, qonağı ölkədə qəbul etməkdən məmnunluq duyduğunu bildirib.
"Bu gün ölkəmizə rəsmi səfər edən Suriya Ərəb Respublikası Prezidentinin dəyərli həyat yoldaşı Latifə əl-Durubini qəbul etməkdən böyük məmnuniyyət duydum.
İnsani yardımlar, ictimai həmrəylik, qadınların gücləndirilməsi və təhsilin rolu kimi mühüm məsələləri müzakirə etdik.
Xüsusilə, dünyada müharibələrdən ən çox əziyyət çəkən qadınlar və uşaqlar üçün birgə atacağımız addımları dəyərləndirdik" – deyə Əminə Ərdoğan qeyd edib.
Kənan YUSİF