Krossoverlər həm Azərbaycanda, həm də dünyada böyük populyarlıq qazanmağa davam edir. 2024-cü ilin ən çox satılan krossover modeli isə "Tesla Model Y" olub.
Valyuta.az xəbər verir ki, məlumata görə, ötən il ən çox satılan krossoverlər arasında "Tesla Model Y", "Toyota RAV4" və "Honda CR-V" ilk üçlükdə yer alıb.
"Focus2Move" portalının təqdim etdiyi statistikaya əsasən, "Tesla Model Y" 1,09 milyon ədəd satılaraq lider mövqeyini qoruyub. Ona ən yaxın rəqib isə 1,02 milyon ədəd satılan "Toyota RAV4" olub.
Digər modellərin satış göstəriciləri liderlərdən xeyli geri qalır. Məsələn, "Kia Sportage" modelinin satışı 537 947 ədəd təşkil edib. İlk onluğu isə "Mazda CX-5" tamamlayıb.
2024-cü ilin ən çox satılan 10 krossover modeli:
1. Tesla Model Y – 1,09 milyon ədəd (-1,2%)
2. Toyota RAV4 – 1,02 milyon ədəd (+10,7%)
3. Honda CR-V – 738 315 ədəd (+4,2%)
4. Hyundai Tucson – 609 122 ədəd (-2,8%)
5. BYD Song – 574 351 ədəd (+45,3%)
6. Volkswagen Tiguan – 543 037 ədəd (+10,5%)
7. Kia Sportage – 537 947 ədəd (+5,3%)
8. Honda HR-V – 382 839 ədəd (+8,8%)
9. Mercedes GLC – 358 320 ədəd (+26,6%)
10. Mazda CX-5 – 338 187 ədəd (-3,6%)
Paşa Məmmədli