AZ

Azərbaycan Rusiyaya 940 ton kərə yağı ixrac etdi


Azərbaycan, Uruqvay və Argentina 2024-cü ilin əvvəlindən Rusiyaya kərə yağı ixracını əhəmiyyətli dərəcədə artırıb.

Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti ("Rosselxoznadzor") rəsmi məlumat yayıb. Bildirilir ki, adıçəkilən ölkələrdən Rusiyaya tədarük artdığı halda, Belarusdan idxalda azalma müşahidə olunub.

Statistikaya əsasən, Azərbaycandan Rusiyaya 940 ton kərə yağı ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə dörd dəfə çoxdur (2023-cü ildə 240 ton). Uruqvayın ixracı isə 150 tondan 649 tona yüksəlib. Argentina isə ötən ilin eyni dövründəki 50 tona nisbətən bu il 200 ton kərə yağı tədarük edib.

Qeyd edək ki, ekspertlər bu artımı ticarət əlaqələrinin möhkəmlənməsi və Rusiyada kərə yağına olan tələbatın yüksəlməsi ilə əlaqələndirirlər. 


Seçilən
9
nuh.az

1Mənbələr