AZ

“Qarabağ” Kadi Borgesi açıqladı 

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, komandanın  sabiq yarımmüdafiəçisi Kadi Borges “Qarabağ”ın sıralarına qoşulub.

28 yaşlı braziliyalı futbolçu yenidən Ağdam klubunun  uğurları üçün çalışacaq. Onunla 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2021-22-ci illərdə komandada forma geyinən Kadi 75 oyunda 28 qol vurub. O, 2021/22 mövsümündə Azərbaycan çempionu və kubokunun qalibi olub.

 

Seçilən
3
1
idmanxeber.az

2Mənbələr