AZ

Sevgilisinin onu tərk etməməsi üçün Azərbaycandan gələn bu təklifi geri çevirdi

"Sumqayıt"da növbəti ayrılıq gerçəkləşib.

Premyer Liqa təmsilçisi Jordan Rezabala ilə yollarını ayırıb.

Müqavilə müddəti başa çatan ekvadorlu yarımmüdafiəçi ilə yeni anlaşma əldə olunmayıb. "Kimyaçılar" cənubi amerikalıya aylıq 10 min dollar civarında əməkhaqqı ödəməyə hazır imiş.

Rezabala bu məbləğə əvvəlcə razılaşsa da, sevgilisinin təkidindən sonra fikrindən vaz keçib. bildirib ki, birgə yaşadığı qadın daha Sumqayıtda yaşamaq istəmir və ondan ayrılmamaqdan ötrü bu təklifi geri çevirmək məcburiyyətindədir.

Jordan Rezabala ötən ilin fevral ayından "Sumqayıt"da çıxış edirdi. 24 yaşlı legioner bu mövsüm "kimyaçılar"ın heyətində keçirdiyi 20 rəsmi matçda 3 qol və 3 assistlə yadda qalıb.

SPORTİNFO.AZ

Seçilən
6
sportinfo.az

1Mənbələr