Bakı. Trend:
Almaniyanın "Bavariya" klubu müdafiəçisi Alfonso Devis ilə yeniuzunmüddətli müqavilə imzalayıb.
Trend "TheAthletic"ə istinadən xəbər verir ki, 24 yaşlı futbolçununmüqaviləsi 2030-cu ilə qədər qüvvədə olacaq.
Qeyd edək ki, A.Devis 2019-cu ildən Münhen təmsilçisininformasını geyinir və bu müddət ərzində komandanın əsasoyunçularından birinə çevrilib.