AZ

AZAL-ın təyyarəsi “Pantsir-S” raketi ilə vurulub

Ajans.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Azərbaycan hökumətindəki anonim mənbəyə istinadən məlumat yayıb.

“Azərbaycan tərəfində “Pantsir-S” raketinin bir parçası var, o, təyyarədən çıxarılıb və beynəlxalq ekspertizanın köməyi ilə müəyyən edilib”, - agentliyin həmsöhbəti bildirib.

Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya düşüb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Seçilən
3
7
Ajans.az

8Mənbələr