AZ

Müdafiəçi və hücumçu ilə vidalaşdılar - Biri satıldı, digəri icarəyə verildi

"Qalatasaray"da 2 ayrılıq gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, müdafiəçi Viktor Nelssonla hücumçu Mişi Batşuayi İstanbul təmsilçisini tərk edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Qalatasaray" Batşuayini 3 milyon avroya "Ayntraxt"a satıb. Nelsson isə "Roma"ya icarəyə verilib. İtaliya klubu 10 milyon avro ödəməklə danimarkalı mərkəz müdafiəçisinin transfer hüququna yiələnə bilr.

"Qalatasaray" Viktor Nelssonu 2021-ci ilin yayında "kopenhagen"dən transfer edib. 26 yaşlı futbolçu bu mövsüm "sarı-qırmızılar"In heyətində 18 rəsmi matçda iştirak edib.

Mişi Batşuayi isə mövsümün əvvəlindən "cim bom"da çıxış edirdi. 31 yaşlı forvard komandanın heyətində keçirdiyi 30 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
9
sportinfo.az

1Mənbələr