AZ

Azərbaycan hökumətindəki mənbə: AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub

Dekabrda qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub.

APA xəbər verir ki, bu barədə "Reuters" agentliyi Azərbaycan hökumətindəki mənbələrinə istinadən məlumat yayıb.

Məlumata əsasən, Azərbaycan hökumətindəki mənbə çərşənbə axşamı agentliyə bildirib ki, dekabr ayında Rusiyadan Qazaxıstana yönləndirildikdən sonra qəzaya uğrayan Azərbaycan sərnişin təyyarəsi Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə sistemi ilə vurulub.

"Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş "Pantsir-S" raketinin fraqmenti var”, - mənbə bildirib.

Seçilən
8
32
aznews.az

10Mənbələr