AZ

ABŞ Quantanamoya ilk miqrantlarını göndərməyə hazırlaşır


“ABŞ-nin ilk hərbi nəqliyyat təyyarəsi qanunsuz miqrantları Kubanın Quantanamo körfəzindəki ABŞ hərbi-dəniz bazasındakı saxlanma mərkəzinə çatdırmağa hazırlaşır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin mənbələrinin məlumatına görə, “Boeing C-17 Globemaster III” təyyarəsi fevralın 4-ü günorta (Bakı vaxtı ilə fevralın 5-nə keçən gecə) Texasdakı Fort Blissdən havaya qalxacaq. Təyyarənin göyərtəsində 10-a yaxın saxlanılan miqrantın olacağı gözlənilir.
Ağ Evin mətbuat katibi Kerolin Leavitt “Fox Business”də məlumatı təsdiqləyib:
“ABŞ-dan qeyri-qanuni miqrantlarla Quantanamo bazasına ilk uçuşlar artıq başlayıb”.
Seçilən
16
yeniavaz.com

1Mənbələr