1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski Qərbdən nüvə silahı və raketlər istəyib.
Oxu.Az xəbər verir ki, o, bu tələbini "X" sosial şəbəkəsində səs yazısının anonsunu yerləşdirən britaniyalı teleaparıcı Pirs Morqana müsahibəsində səsləndirib.
Videofraqmentdə Zelenski Ukraynanın NATO-ya daxil olmasını müzakirə edir və bunun yaxın gələcəkdə baş verməyəcəyini etiraf edir. Onun fikrincə, proses illərlə, onillərlə uzana bilər.
"Yardım paketi necə olacaq, hansı raketlər olacaq, bizə nüvə silahı verəcəklərmi? O zaman bizə nüvə silahı versinlər. Gəlin belə edək: nüvə silahımızı geri verin, bizə raket sistemləri verin", - deyə Ukrayna lideri bildirib.
Bundan əlavə, o, Ukrayna ordusu üçün maliyyə yardımı xahişi ilə Qərb ölkələrinə müraciət edib.
"Give us back nuclear arms."
— Piers Morgan Uncensored (@PiersUncensored) February 4, 2025
Ukraine’s President Zelenksy has issued the plea while discussing with Piers Morgan how the war with Russia can end.
Watch more tonight on YouTube from 8pm (UK) / 3pm (EST).
SUBSCRIBE: https://t.co/QR11ywsANx@ZelenskyyUa | @piersmorgan pic.twitter.com/Uuk1b30Y6r