AZ

İnsan beynində mikroplastik aşkarlandı - İLK DƏFƏ

Elm adamları ilk dəfə olaraq insan beyin toxumasında mikroplastiklərin olduğunu müəyyən ediblər. Bu, plastikin insan sağlamlığına təsiri ilə bağlı ciddi narahatlıq doğurub.

 

Modern.az xəbər verir ki, bu barədə CNN telekanalı yeni araşdırmaya istinadla məlumat yayıb.

 

"Bu kəşf mikroplastiklərin orqanizmə necə daxil olması və bunun sinir sistemində hansı nəticələrə səbəb ola biləcəyi ilə bağlı elmi ictimaiyyət qarşısında yeni suallar yaradır", - tədqiqatın müəllifləri hesab edirlər. Onların məlumatlarına görə, tədqiqatda iştirak edən onlarla insanın beyin toxuması nümunələrində plastik hissəciklər aşkarlanıb. Hər bir insanda tapılan bu mikroplastikin miqdarı bir çay qaşığı doldurmağa kifayət edər.

 

Ölçüsü 5 mm-dən az olan kiçik plastik parçaları olan mikroplastiklər çoxdan havada, suda və qidada tapılıb. Lakin onun beyində olması alimlər üçün sürpriz olub. Hissəciklərin tənəffüs yolları və ya mədə-bağırsaq sistemindən bədənə daxil ola biləcəyi və daha sonra qan dövranı ilə yayıldığı bildirilir.

 

Mütəxəssislər xəbərdarlıq edirlər ki, mikroplastiklərin beyinə uzunmüddətli təsirləri hələ də lazımi səviyyədə öyrənilməyib. "Biz bunun idrak funksiyasına, neyrodegenerativ xəstəliklərin inkişaf riskinə və ya ümumi sağlamlığa necə təsir etdiyini bilmirik", – deyə tədqiqat müəlliflərindən biri qeyd edib.

 

Ümumdünya Səhiyyə Təşkilatı əvvəllər plastik çirklənmənin təsirləri ilə bağlı daha çox araşdırma aparmağa çağırıb. Telekanal qeyd edir ki, yeni araşdırma plastikdən istifadəni azaltmaq və ekosistemləri qorumaq üçün təcili tədbirlərin görülməsi zərurəti ilə bağlı narahatlığı artırır.

Seçilən
3
4
modern.az

9Mənbələr