AZ

Murat Dikmen: “Bu gündən çox dərs çıxaracağıq”

"Rəqibimiz son anadək mübarizə apardı. Basketbolçularımız meydanda əsl xarakter nümayiş etdirdilər".

Apasport.az xəbər verir ki, bunu “Naxçıvan” BK-nin baş məşqçisi Murat Dikmen deyib.

Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Liqasının XIV turunda “Abşeron”u 76:70 hesabı ilə məğlub etdikləri oyunu şərh edib: "Xüsusilə ilk yarı müdafiədə mükəmməl çıxış etdik. Rəqibimizi 28 xalda saxladıq. 3-cü periodda yorğunluqla bərabər komandada eniş başlasa da, bir ara fərqi 18-ə qədər çıxarmağımız bizi rahat nəfəs aldırdı. Xal fərqinin verdiyi rahatlıqla hücumda uğursuz çıxış etdik və rəqib bizi cəzalandırdı. Daha sonra rəqib oyuna ortaq oldu. Ancaq önəmli olan qalib gəlmək idi. Bu gündən çox dərs çıxaracağıq. Qələbə qazandıq və yolumuza davam edirik. Milli fasiləyə yollanırıq, hər kəs dincələcək. Motivasiyamızı daha da yüksəldəcəyik. Daha sonra “Sabah” matçı ilə ölkə çempionatına köklənəcəyik. Liqanın son döngəsində isə daha sərt “Naxçıvan” komandasını izləyəcəyik".

Qeyd edək ki, bu qələbədən sonra "Naxçıvan" bir oyun artıq keçirməklə liderliyə yüksəlib.

NBA: Liderdən ardıcıl 4-cü qələbə

Halil Atlı: “Sıradan səhvlərə görə uduzduq”

ABL: "Ordu"dan əzmkar qələbə

ABL: “Ordu” “Gəncə”yə, “Quba” “Lənkəran”a qarşı

"Neftçi" yenə məğlub oldu

Seçilən
3
1
apasport.az

2Mənbələr