ABŞ-də narkotik təsirində olan ana övladını saç qurudan maşınla isitməyə çalışıb.
News24.az big.az-a istinadən xəbər verir ki, körpəsini "isitdiyini" düşünən ana onun hərəkətsiz olduğunun fərqinə varıb.
Hadisə yerinə gələn polis əməkdaşları körpənin sağ nahiyəsində ciddi yanıqlar aşkar edərək, uşağın öldüyünü bildirib. Ana həbs edilib. İlkin istintaq araşdırması başlayıb.