AZ

USAID bağlanmalıdır - Klaudiya Şeynbaum

Bakı. Trend:

Meksika Prezidenti Klaudiya Şeynbaum gündəlik mətbuatkonfransında Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi(USAID) barədə sərt açıqlama verib.

Trend xəbər verirki, "Agentlik digər ölkələrin daxili işlərinə müdaxilə etdiyi üçünbağlanmalıdır", - deyə o, bildirib.

"USAID ilə bağlı o qədər çox məsələ var ki, o, həqiqətən də,bağlanmalıdır. Bu qurum tədqiqat layihələrindən tutmuşhökumətlərdəki müxalifət qruplarına qədər hər şeyi maliyyələşdirir.Meksikada fəaliyyət göstərən 'Korrupsiya üçün meksikalılar'təşkilatının USAID-dən dəstək aldığı sübut olunub. Bu agentlik niyəsiyasətə qarışır?" – deyə Şeynbaum vurğulayıb.

Meksika liderinin fikrincə, ABŞ başqa ölkələrə yardım göstərməkistəyirsə, daha şəffaf və açıq kanallar yaratmalıdır.

Qeyd edək ki, ABŞ administrasiyası USAID-in fəaliyyətini faktikiolaraq dayandırıb. Prezident Donald Trampın qərarı ilə bustrukturun müvəqqəti rəhbəri vəzifəsinə ABŞ dövlət katibi MarkoRubio təyin edilib.

Seçilən
8
az.trend.az

1Mənbələr