Almaniyanın “Bavariya” klubu müdafiəçisi Alfonso Deyvislə yeni müqavilə bağlayıb.
Teleqraf.com xəbər verir ki, 24 yaşlı müdafiəçi 2030-cu ilə qədər Münhen təmsilçisinin heyətində qalacaq.
Yada salaq ki, Madrid “Real”ının transfer qiyməti 50 milyon avro dəyərində qiymətləndirilən kanadalı oyunçu ilə maraqlanması barədə xəbərlər yayılmışdı. 2019-cu ilin qışından Münhen klubuna keçən Deyvis bu müddət ərzində 220 matçda iştirak edib. O, “Bavariya”nın heyətində 12 qol vurub və 34 məhsuldar ötürmə ilə yadda qalıb.
Müəllif: Teleqraf.com