AZ

Fermerlər çıxılmaz VƏZİYYƏTDƏ: "Həm qıtlıq, həm də bahalıq olacaq" - VİDEO

Şabran rayonunda havanın yağıntısız keçməsi təsərrüfatlara ziyan vurub, fermerləri çətin vəziyyətə salıb.

Bizim.Media xəbər verir ki, təsərrüfat sahiblərinin sözlərinə görə, bu il qar az yağdığına görə məhsuldarlığın səviyyəsi xeyli aşağı olacaq. 

Bu isə qiymətlərdən təsirsiz ötüşməyəcək.
 

"Hazırda sanki fevral yox, mart-aprel ayının havasıdır. Əkinin üstündə 10-15 santimetr qar olmalı idi. Əgər sahəni 1 dəfə dərmanlamaq lazım idisə, indi onu 2-3 dəfə artırmalıyıq. Xərcimiz çox çıxır, ziyana düşürük. Belə getsə, həm qıtlıq, həm də bahalıq olacaq", - deyə kənd sakini bildirib.


Ətraflı Baku TV-nin süjetində:



Bizim.Media

Seçilən
4
1
bizim.media

2Mənbələr