AZ

Mühərrik nasazlığından sonra təyyarənin pəncərəsindən bayıra atılan qadın: Cennifer Riordan

2018-ci ildə “Southwest Airlines”a məxsus Nyu-Yorkdan Dallasa uçan təyyarədə dəhşətli hadisə baş verib. Mühərrikində nasazlıq yarandıqdan sonra təyyarədə səyahət edən Cennifer Riordan pəncərədən bayıra çıxıb və sərnişinlərin bütün səylərinə baxmayaraq faciəvi şəkildə həyatını itirib.

 

Bəs, hadisə necə baş verdi və sonra nə oldu?


Sfera.az bütün aviaşirkətlərin təhlükəsizlik tədbirlərini yenidən gücləndirməsinə səbəb olan hadisənin təfərrüatlarını təqdim edir.


17 aprel 2018-ci ildə Nyu-Yorkdan Dallasa uçan “Boeing 737” təyyarəsi 32.000 fut yüksəklikdə mühərrik nasazlığı yaşayıb. Partlayış nəticəsində mühərrik hissələri təyyarənin gövdəsinə və şüşələrinə dəyib.
 

Təəssüf ki, bu parçalardan biri təyyarədə səyahət edən Cennifer Riordanın oturduğu pəncərəni sındırıb.
 

Kabin qəflətən təzyiqi itirdiyi üçün Riordan pəncərədən bayıra sürüklənib. Ətrafdakı sərnişinlər onu içəri çəkmək üçün var gücü ilə mübarizə aparıblar.


Şahidlərin sözlərinə görə, Riordanın cəsədi təyyarədən kənarda belinə qədər asılmış vəziyyətdə idi. Bir neçə sərnişin onun ayaqlarından tutaraq tam çıxmasına mane olub.
 

Bu vaxt digər sərnişinlər pəncərədəki dəliyi bağlamağa çalışıblar. Riordan kabinəyə çəkildikdən sonra dərhal ürək masajı aparılıb. Lakin aldığı ağır kəllə-beyin travması səbəbindən onu xilas etmək mümkün olmayıb.
 

Kabin təzyiqi azaldıqca, bütün sərnişinlər oksigen maskaları taxıblar, pilot Tammie Jo Shults isə təyyarəni ən yaxın hava limanına yönləndirib. “Southwest Airlines” aviaşirkətinə məxsus təyyarə Filadelfiyada məcburi eniş edib.
 

Sərnişinlər pilotun soyuqqanlılığı və peşəkarlığı sayəsində sağ qaldıqlarını bildiriblər. Bəziləri hətta ona təşəkkür etmək üçün hədiyyələr və məktublar göndərib.
 

Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) araşdırmasına görə, qəzaya səbəb mühərrikin fan qanadlarından birində metal yorğunluğu olub. Bu yorğunluq qanadın qopmasına və mühərrikin dağılmasına səbəb olub.


Parçalanmış mühərrikin bəzi komponentləri gövdənin kritik nöqtələrinə dəyib, pəncərələrdən birinin sınmasına səbəb olub. Bu, kabinənin qəfil təzyiqsizləşməsinə də səbəb olub.
 

Faciəli insidentdən sonra aviaşirkətlər mühərrik fan qanadlarını daha tez-tez yoxlamaq üçün yeni prosedurlar hazırlayıblar.

 

Aynil

Seçilən
11
sfera.az

1Mənbələr