"Qarabağ" sabiq futbolçusu Kadi Borqesin transferin açıqlayıb.
QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Macarıstanın "Ferentsvaroş" klubundan transfer edilən braziliyalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2021-22-ci illərdə "Qarabağ"da forma geyinən Kadi 75 oyunda 28 qol vurub. O, 2021/22 mövsümündə Azərbaycan çempionu və kubokunun qalibi olub.