AZ

“Neftçi”dəki problemlər tezliklə həll olunacaq” - YENİ GƏLƏN YERLİ

“Ümid edirəm ki, buradakı problemlər tezliklə həll olunacaq”.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Neftçi”nin yeni transferi Elvin Camalova məxsusdur.

Yarımmüdafiəçi “Sabah”dan “ağ-qaralar”a keçidi barədə fikirlərini bölüşüb:

“Neftçi”yə yeni qoşulmuşam. Bu məsələlər haqda danışmaq mənə düşməz. “Neftçi” kimi böyük azarkeş kütləsinə malik komanda daha yaxşı yerdə olmalı və daha üstün futbol oynamalıdır.

“Sabah”da kapitan olduğum dönəmdə də komandanın əzmkar oyun sərgiləməsi üçün çalışırdım. Bütün komanda olaraq yaxşı mübarizə aparacağımıza inanıram.

Oradan ayrılmağıma gəlincə, baş məşqçi Vasili Berezutskinin gəlişindən sonra az şans qazanmağa başladım.

Uzun illər komandada kapitan olmuşdum, amma bir məşqçi məni planlarına daxil etmirsə və mən də millinin üzvüyəmsə, o halda başqa komandaya keçib daha faydalı olmağı düzgün saydım”.

Seçilən
7
sportinfo.az

1Mənbələr