İsveçrənin Örebro şəhərində yerləşən orta məktəbə silahlı hücum edilib. Manset.az xəbər verir ki, bu barədə "Expressen" nəşri yazıb. Hadisə nəticəsində on nəfər həyatını itirir. Xəsarət alanların dəqiq sayı məlum olmasa da, son məlumatlara görə, altı nəfərdən artıqdır. İlkin məlumata görə, atəş açan şəxs intihar edib. İsveçin baş naziri Ulf Kristersson həlak olanların yaxınlarına başsağlığı verib. O, "bütün İsveç üçün çox ağrılı bir gün" olduğunu söyləyib. Hadisə barədə polisə məlumat saat 12:30 radələrində daxil olub. Qatilin motivləri məlum deyil. Onun 35 yaşı var, polisin dediyinə görə, heç bir dəstə ilə əlaqəsi yoxdur və cinayəti yoxdur. Onun təkbaşına hərəkət etdiyi güman edilir. Polis artıq atəş açan şəxsin evində axtarış aparıb və bina tamamilə mühasirəyə alınıb. Örebro İsveç paytaxtından 200 km aralıda yerləşir və 2000-ə yaxın əhalisi var. Atışmadan sonra məktəb boşaldılıb.