AZ

Maykl Cordanın oğlu həbs olundu

Milli Basketbol Assosiasiyasının (NBA) altıqat çempionu və ikiqat Olimpiya çempionu Maykl Cordanın oğlu Markus Floridada həbs edilib.

KONKRET.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Belə ki, onun sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə, kokain saxladığına və müqavimət göstərdiyinə görə həbs olunduğu bildirilir.

Mənbə 34 yaşlı Markusun həbsi zamanı onun fotosunu dərc edib.

Qeyd edək ki, Maykl Cordan tarixin ən böyük basketbolçularından biri hesab olunur. O, iki dəfə Olimpiya çempionu olub. İdmançı həmçinin altı dəfə Milli Basketbol Assosiasiyasının çempionluğunu qazanıb. Amerikalı futbolçu “Çikaqo Bullz”da çıxış edib.//Qafqazinfo

Seçilən
4
4
konkret.az

5Mənbələr