AZ

Əminə Ərdoğan Suriyanın birinci xanımı ilə fotosunu paylaşıb bunları yazdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Suriyanın birinci xanımı Lətifə əl-Durubi ilə fotosunu paylaşıb. 

Bakıvaxtı.az xəbər verir ki, Türkiyənin birinci xanımı yazıb:

"Bu gün ölkəmizdə rəsmi səfərdə olan Suriya Ərəb Respublikası Prezidentinin hörmətli xanımı Lətifə Əl Durubini qəbul etməkdən çox məmnun oldum.

Humanitar yardım, sosial həmrəylik, qadınların səlahiyyətlərinin artırılması və təhsilin rolu kimi bir çox mühüm məsələlərdən danışmaq imkanımız oldu. Xüsusilə, bütün dünyada müharibədən ən çox əziyyət çəkən qadınlar və uşaqlar üçün birlikdə atacağımız addımları müzakirə etdik.

Mən bəyan etdim ki, biz keçmişdə olduğu kimi bu gün də Suriyanın yenidən qurulması və yaralarının sağaldılması prosesində Suriya xalqının yanındayıq.

İnanıram ki, sülh və sabitliyin hökm sürdüyü gələcək birgə səylərin nəticəsi olacaq və ümid edirəm ki, bu yolda atılan hər bir addım region xalqları üçün əbədi ümid olacaqdır".

Seçilən
12
6
bakivaxti.az

10Mənbələr