ABŞ-dan qovulmuş qeyri-qanuni miqrantlar Amerikanın Quantanamo (Kuba) hərbi bazasındakı təcridxanaya gətirilib.
Axar.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karolin Levit bildirib.
"Biz daha ABŞ-ın qlobal qeyri-qanuni immiqrasiya yuvasına çevrilməsinə icazə verməyəcəyik", - o qeyd edib.
Qeyd edək ki, daha öncəABŞ Prezidenti Donald Trampın miqrantların yerləşdirilməsi üçün Quantanamoda 30 min nəfərlik müəssisənin hazırlanmasına başlamaq barədə göstəriş verdiyi bildirilirdi.