"Real Madrid"in müdafiəçisi David Alaba sol ayağındakı zədədən sonra yenidən sıradan çıxıb.
Offsideplus.az xəbər verir ki, bu yaxınlarda ön çarpaz bağ yırtığından bir ildən çox müddət sonra geri qayıdan Alaba yenidən zədələnib.
Aparılan müayinələrdən sonra onun sol ayağında zədə aşkarlanıb.
Qeyd edək ki, Madrid təmsilçisi 22 matçdan sonra 49 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir və ikinci yerdə qərarlaşan "Atletiko"nu 1 xal qabaqlayır.