ABŞ Prezidenti Donald Tramp ABŞ-ın İrana maksimum təzyiqin bərpa edilməsi ilə bağlı fərman imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin məlumatında deyilir.
Sənədin imzalanması mərasimi zamanı Amerika lideri Vaşinqtonun bundan tez-tez istifadə etmək məcburiyyətində qalmayacağına ümid etdiyini bildirib.
Həmçinin qeyd edilir ki, fərman xüsusilə İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədi daşıyır. Sənəd həmçinin Vaşinqtonun İran neftinin ixracını azaltmağa yönəlmiş səyləri gücləndirməsini nəzərdə tutur.