AZ

“Qarabağ”a dördillik qayıtdı, müqaviləyə imza atandan sonra... FOTOLAR

"Qarabağ" sabiq futbolçusu Kadi Borqesin transferin açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Macarıstanın "Ferensvaroş" klubundan transfer edilən braziliyalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

2021-22-ci illərdə "Qarabağ"da forma geyinən Kadi 75 oyunda 28 qol vurub. O, 2021/22 mövsümündə Azərbaycan çempionu və kubokunun qalibi olub.

Kadi 2023-cü ilin yanvar ayında “Qarabağ”dan Rusiyanın “Krasnodar” klubuna, 2024-cü ilin yayında isə “Krasnodar”dan “Ferensvaroş”a transfer olunub.

O, bu mövsüm Budapeşt klubu ilə bütün turnirlərdə 27 oyunda meydana çıxıb, 3 qol vurub, 7 qolun ötürməsini edib.

qarabag-kadinin-transferini-bele-aciqladi











Seçilən
6
sportinfo.az

1Mənbələr