“Çətin oyun keçəcəyini bilirdik, çünki “Araz-Naxçıvan” güclü rəqibdir və mövsüm ərzində sabit çıxış edirlər”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın hücumçusu Kamran Quliyev deyib.
“Kimyaçılar” Premyer Liqanın 21-ci turunda “Araz-Naxçıvan”ı qəbul etdi. Komandaların bütün səylərinə baxmayaraq, matçda qapılara qol vurulmadı:
“Əlimizə fürsətlər düşdü, onları dəyərləndirə bilmədik. Belə komandalarla matçlarda fürsətləri boşa vermək baha başa gələ bilər.
Buna baxmayaraq, sona qədər mübarizə apardıq və rəqibin hücumlarını zərərsizləşdirmək üçün əlimizdən gələni etdik. Düşünürəm ki, bu oyunda bir xal da pis nəticə deyil”.