AZ

“Napoli” İsveçrəli futbolçunu transfer edib - Rəsmi

İtaliyanın "Napoli" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Neapol təmsilçisi "Milan"dan Noa Okaforu icarəyə götürüb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İsveçrəli vinger mövsümün sonuna kimi "Napoli"də çıxış edəcək.

Tərəflər arasındakı anlaşmaya əsasən, müqavilədə 23,5 milyon avroluq satınalma bəndi yer alıb.

Xatırladaq ki, "Milan" Noa Okaforu 2023-cü ilin yayında "Zalzburq"dan transfer edib.

Qeyd edək ki, 23 yaşlı futbolçu bu mövsüm "qırmızı-qaralar"ın heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Premyer Liqaya hansı komandalar yüksələcək? – Elitada 3 yeni klub

İmaməddin Xəlilov “İlin ən yaxşı parataekvondoçusu” seçilib

I Liqa: XIII turun təyinatları bəlli olub

"Sumqayıt"ın evdə keçirdiyi oyunları 72230 tamaşaçı canlı izləyib

Azərbaycan – Yunanıstan: Statistika

Seçilən
5
apasport.az

1Mənbələr