AZ

“Bolonya” İtaliya Kubokunda ilk yarımfinalçı oldu

Bu gün futbol üzrə İtaliya Kubokunda 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinin oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Mərhələnin açılış matçında “Atalanta” doğma meydanda “Bolonya” ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşmanın taleyini bir qol həll edib. Qonaqlar bu oyunda qələbə qazanmaqla yarımfinala ilk vəsiqənin sahibinə çevrilblər.

Sabah növbəti yarımfinalçının adına aydınlıq gələcək. Mərhələnin qalan iki oyunu fevralın sonlarında baş tutacaq.

İtaliya Kuboku
1/4 final
4 fevral

Atalanta – Bolonya 0:1
Qol: S.Kastro, 80.

5 fevral

00:00. Milan – Roma

25 fevral

00:00. İnter – Latsio

26 fevral

00:00. Yuventus – Empoli

Seçilən
11
arena.az

1Mənbələr