HƏMAS nümayəndələri ABŞ prezidenti Donald Trampın fələstinlilərin Qəzza zolağından çıxarılması təklifini qəbul etməkdən imtina ediblər...
Poliqon xəbər verir ki, bu barədə TASS Həmas nümayəndəsi İzzət ər-Rişqin bəyanatına istinadən yazıb.
Hərəkat Trampın planını Fələstin davasını ləğv etmək üçün açıq cəhd və yenidənqurma bəhanəsi ilə vətəni tərk etmək təklifi kimi rədd edib.
Bundan əvvəl isə beş ərəb ölkəsi Trampın fələstinlilərin Qəzzadan köçürülməsi ideyasına qarşı çıxıb.
Qeyd edək ki, yanvarın 19-dan Qəzza zolağında İsrail və HƏMAS arasında fələstinli məhbusların müqabilində israilli girovların azad edilməsinə dair razılaşma çərçivəsində əldə olunmuş atəşkəs rejimi qüvvədədir.
Poliqon.info