AZ

Ben Çiluell “Çelsi”dən ayrıldı - “Kristal Pelas”a görə

İngiltərə millisinin və “Çelsi”nin müdafiəçi Ben Çiluell bundan sonra Premyer Liqanın digər təmsilçisi “Kristal Pelas”ın formasını geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə “Kristal Pelas” rəsmi saytı vasitəsilə məlumat yayıb.

Sözügedən klub 28 yaşlı müdafiəçini bu mövsümün sonunadək icarəyə götürüb.

Ben Çiluell “Çelsi”yə 2020-ci ilin avqust ayında “Lester Siti”dən 50,2 milyon avro qarşılığında keçib. 27 yaşlı futbolçunun London klubu ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi var.

Çiluell “zadəganlar”ın heyətində bütövlükdə 107 oyun keçirib, 9 qol və 12 məhsuldar ötürmə müəllifi olub. O, “Çelsi” ilə UEFA Çempionlar Liqasının (2020/2021) və UEFA Super Kubokunun (2021/2022) qalibi olub.

Ben Çiluell karyerası ərzində “Lester Siti”, “Haddersfild” kimi klubların da şərəfini qoruyub. O, 2018-ci ilin sentyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 21 oyuna çıxıb. Sol cinah müdafiəçisi bu görüşlərdə 1 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.

“Çelsi” sol cinah müdafiəçisi Keyleb Uaylini də “Uotford”a icarəyə verib. Amerika Birləşmiş Ştatlarından olan 20 yaşlı futbolçu cari mövsümün sonunadək icarədə olacaq. O, mövsümün ilk dövrəsini “Strasburq”da icarədə keçirib.

Hücumameyilli yarımmüdafiəçi Harvi Veyl isə “Çelsi”ni birdəfəlik tərk edib. 21 yaşlı ingiltərəli futbolçu KPR-ə keçib. Onun yeni klubu ilə müqaviləsinin müddəti və digər detalları açıqlanmır.

Ben Çilueli heyətinə qatmış “Kristal Pelas”da da iki ayrılıq yaşanıb. Sözügedən klub 29 yaşlı ingilitərəli mərkəz müdafiəçisi Rob Holdinqi “Şeffild Yunayted”ə icarəyə verib. Premyer Liqa təmsilçisinin Qanadan olan 32 yaşlı yarımmüdafiəçisi Ceff Şlupp isə Şotlandiya “Seltik”inə icarəyə verilib. Hər iki futbolçu bu mövsümün sonunadək icarədə olacaq.

Seçilən
15
arena.az

1Mənbələr