1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İspaniyada həftəlik iş saatı 40-dan 37,5 saata endirilib.
Oxu.Az "Star" qəzetinə istinadən xəbər verir ki, bu barədə İspaniya Baş nazirinin müavini Yolanda Dias məlumat verib.
Onun sözlərinə görə, iş saatının azaldılması İspaniyanın modernləşməsinə töhfə verəcək:
"Bu, cəmiyyətin yaşayış keyfiyyətini yaxşılaşdıracaq və işçilərə ümid verəcək. Tarixi dəyişiklikdir. İşləmək üçün yaşamırıq, yaşamaq üçün işləyirik".
Qeyd edək ki, İspaniyada son 40 ildə ilk dəfə həftəlik iş saatı azaldılır. Bu qərar parlamentdə qəbul edilərək qüvvəyə minib. Qərarın gündə yarım saat az işləyəcək ispanların maaşlarına heç bir təsirinin olmayacağı bildirilib.