AZ

Ançelotti: "Biz gərgin vəziyyətdəyik"

"Real"ın baş məşqçisi Karlo Ançelotti komandasının durumundan danışıb. 

Bizim.Media xəbər verir ki, bu barədə sport.es saytı məlumat yayıb. 

Mütəxəssis zədəli oyunçularından danışaraq deyib: 
 

"Biz gərgin vəziyyətdəyik. Rüdiger və Alabanın zədələri gözlənilən deyil idi. Vəziyyət kritikdir. Onlar 20 gündən sonra qayıdacaqlar. Bu, heç də yaxşı xəbər deyil". 


Qeyd edək ki, "Real" sabah İspaniya kubokunun 1/4 finalında "Leqanes"lə qarşılaşacaq. Matç Bakı vaxtı ilə 00:00-da başlayacaq. 

Bizim.Media

Seçilən
11
bizim.media

1Mənbələr