AZ

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi türkiyəli həmkarı ilə görüşüb

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev türkiyəli həmkarı Ahmet Yıldızla görüşüb.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin dünya təşkilatındakı daimi nümayəndəliyinin mətbuat xidməti bildirib.

"Səfir Yıldız Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayevlə Türk Evində nəzakət və başsağlığı ziyarəti münasibətilə görüşüb", – Daimi Nümayəndəliyin sosial şəbəkə hesabında qeyd olunub.

Qeyd edək ki, yanvarın 21-də gecə saatlarında Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortunda yerləşən hoteldə yanğın baş verib. Yanğın zamanı oteldə 238 qonaq olub. Hadisə nəticəsində 78 nəfər ölüb, 50-yə yaxın şəxs xəsarət alıb. Bununla əlaqədar yanvarın 22-də Türkiyədə matəm elan edilib.

Seçilən
38
3
report.az

10Mənbələr